- Baxış sayı: 24
- 01 Aprel 2026 10:58
- Baxış sayı: 799
- Mart 30, 2026
- 0

Türkiyənin “Kayserispor” klubunun türkiyəli futbolçusu Həsən Hüseyn Acar Azərbaycan millisində oynamaqdan imtina edib.
Allsport.az DHA agentliyinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Türkiyə yığmasında oynamaq arzusunda olduğu üçün bu qərar verdiyini deyib.
“Əskişəhərspor”un yetirməsi 2018-ci ildən “Kayserispor”da çıxış edir. Acar Türkiyənin U-20 yığmasının üzvü olub.