- Baxış sayı: 35
- 27 Mart 2026 21:10
- Baxış sayı: 41
- Mart 27, 2026
- 0

“Yuventus” hücumçusu Kənan Ulduzla müqaviləni uzadıb. Allsport.az saytı xəbər verir ki, 19 yaşlı futbolçu ilə yeni sözləşmə 2029-cu il iyunun 30-na kimi nəzərdə tutulub. Futbolçu nömrəsini 10-a dəyişib.
Türk futbolçu 2022-ci ildə azad agent kimi “Bavariya”dan “Yuventus”a keçib. 2023-cü ilin avqustunda “Udineze” ilə “A” seriya matçında debüt edib.
Ötən mövsüm “qoca sinyora”nın heyətində 39 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Forvardın əvvəlki anlaşması 2027-ci ilin yayına qədər qüvvədə idi.