U-16 voleybol millisi iki oyunda uduzub

16 yaşadək voleybolçu oğlanlardan ibarət yığma komandamız Şərqi Avropa voleybol zonal assosiasiyası (EEVZA) çempionatında qrup mərhələsində son görüşünü keçirib.

Allsport.az xəbər verir ki, Estoniyada təşkil olunan yarışda “B” qrupunda yer alan millimiz ev sahibinə və Latviya yığmasına qarşı mübarizə aparıb. Hər iki görüşdə məğlub olan komandamız sabah 5-ci yer uğrunda “A” qrupunun üçüncüsü ilə qarşılaşacaq.

Yarışda Azərbaycanla yanaşı, Estoniya, Latviya, Gürcüstan, Ukrayna və Polşa komandaları iştirak edir.

“AVRO-2025”ə seçmə xarakteri daşıyan çempionat noyabrın 30-da başa çatacaq, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə əldə edəcək.

“B” qrupu

27 noyabr

Azərbaycan – Estoniya 0:3 (4:25, 10:25, 17:25)

29 noyabr

Azərbaycan – Latviya 0:3 (12:25, 17:25, 15:25)

Həmin kateqoriyadan