- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Aşağı yaş qruplarından ibarət milli komandalara çağırılan futbolçuların ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə ötən ildən etibarən məşqçi heyətinə pedaqoq Cahangir Səlimxanov cəlb olunub.
Allsport.az saytı xəbər verir ki, onun rəhbərliyi ilə hazırda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri üçün hər bir məsələyə yaradıcı və yenilikçi yanaşmaq, başqa mədəniyyətlərin fərqini duymaq və anlamaq kimi keyfiyyətlərin aşılanması mövzusunda məşğələ keçirilib.
Komanda üzvləri il ərzində müxtəlif mədəni tədbirlərdə iştirak edəcək, xarici səfərlər zamanı topladıqları təəssüratları müzakirə edəcək və onları elektron vasitələrlə izləyiciləri ilə bölüşəcəklər. Qeyd edək ki, Cahangir Səlimxanov Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan milli konservatoriyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri, Avropa mədəniyyət parlamentinin üzvüdür.