- Baxış sayı: 100
- 27 Mart 2026 22:44
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, yığmamız sınaq matçında “Celje” klubuna böyük hesabla qalib gəlib – 5:0.
Qolları Emil Həsənzadə, Qara Qarayev, Fərid Kərimzadə, Rəsul Babazadə və Xəyal Nəcəfov vurublar.