- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Allsport.az xəbər verir ki, bu mərhələdə mübarizə aparacaq iki Azərbaycan klubu – “Qarabağ”la “Qəbələ” də rəqiblərini tanıyacaq.
Qeyd edək ki, Avroliqanın pley-off mərhələsində bütövlükdə 44 klub mübarizə aparacaq. Onlardan 15-i son Azərbaycan çempionu “Qarabağ” da daxil olmaqla Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayandıraraq, Avroliqaya düşənlərdir: “Ayaks” (Hollandiya), “Sparta” (Çexiya), “Fənərbaxça” (Türkiyə), “Yanq Boyz” (İsveçrə), “Panatinaikos” (Yunanıstan), “Zalsburq” (Avstriya), “Styaua” (Rumıniya), “Lex” (Poznan), “Milsami” (Moldova), HJK (Finlandiya), “Midtyulland” (Danimarka), “Viktoriya” (Çexiya), “Molde” (Norveç), “Videoton” (Macarıstan).
Qalan 29 iştirakçı isə “Qəbələ” kimi, Avroliqanın üçüncü təsnifat mərhələsinin qalibləridir: “Borussiya” (Dortmund, Almaniya), “Rubin” (Rusiya), “Atletik” (İspaniya), “AZ Alkmaar” (Hollandiya), PAOK (Yunanıstan), “Standard” (Belçika), “Legiya” (Polşa), “Bordo” (Fransa), “Sent-Etyen” (Fransa), “Slovan” (Çexiya), “Sauthempton” (İngiltərə), “Krasnodar” (Rusiya), “Belenenseş” (Portuqaliya), “Rosenborq” (Norveç), “Hayduk” (Xorvatiya), “Zarya” (Ukrayna), “Atromitos” (Yunanıstan), “Tyun” (İsveçrə), “Astra” (Rumıniya), “Dinamo” (Minsk, Belarus), “Yablonets” (Çexiya), “Altax” (Avstriya), “Jilina” (Slovakiya), “Bröndbü” (Danimarka), “Voyvodina” (Serbiya), “Rabotniçki” (Makedoniya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan).
Püşk zamanı hər iki komandamız səpələnməmişlər səbətində yer alacaq ki, bu da onları nisbətən güclü rəqiblərlə üz-üzə qoyacaq. Belə ki, təmsilçilərimizin pley-off mərhələsindəki bütün potensial rəqiblərinin siyahısı, yəni səpələnmişlər səbətində yer alan klublar bunlardır:
“Borussiya” (Dortmund, Almaniya), “Ayaks” (Hollandiya), “Rubin” (Rusiya), “Atletik” (İspaniya), “AZ Alkmaar” (Hollandiya), “Zalsburq” (Avstriya), “Viktoriya” (Çexiya), PAOK (Yunanıstan), “Styaua” (Rumıniya), “Yanq Boyz” (İsveçrə), “Sparta” (Çexiya), “Fənərbaxça” (Türkiyə), “Standard” (Belçika), “Legiya” (Polşa), “Bordo” (Fransa), “Panatinaikos” (Yunanıstan), “Lex” (Poznan), “Sent-Etyen” (Fransa), “Slovan” (Çexiya), “Sauthempton” (İngiltərə), “Krasnodar” (Rusiya), “Belenenseş” (Portuqaliya).
Artıq UEFA ənənəvi olaraq püşk öncəsi klubları reytinqlərinə uyğun qruplara da bölüb. Belə ki, “Qarabağ” bu beş klubdan biri ilə qarşılaşmalı olacaq: “Ayaks” (Hollandiya), PAOK (Yunanıstan), “Yanq Boyz” (İsveçrə), “Standard” (Belçika), “Sent-Etyen” (Fransa).
“Qəbələ” isə bu altı klubdan birinə rəqib olacaq: “Borussiya” (Dortmund, Almaniya), “AZ Alkmaar” (Hollandiya), “Sparta” (Çexiya), “Panatinaikos” (Yunanıstan), “Sauthempton” (İngiltərə), “Krasnodar” (Rusiya).
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkatması İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.