- Baxış sayı: 22
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
UEFA təxirə salınan AÇ-2020 ilə bağlı klublara ödəniləcək məbləği təcili şəkildə onların hesabına köçürməyə qərar verib. Allsport.az xəbər verir ki, buna UEFA-nın icraiyyə komitəsinin videokonfransında qərar verilib.
676 klub 70 milyon avroluq yardımdan pay alacaq. Maliyyə yardımı qitə çempionatından sonra nəzərdə tutulsa da, COVID-19 pandemiyasına görə qurum belə qərar verməyə məcbur olub.
Çempionatın final mərhələsinə vəsiqə qaznamayan ölkələrin klublarına 50 milyon avro ayrılıb. Final mərhələsinə yüksələn 16 komandanın futbolçularının klubları arasında 17,7 milyon avro bölüşdürüləcək. 2,7 milyon avro isə futbolçusu pley-offda çıxış edəcək klublara veriləcək və bu ödəniş payızda gerçəkləşəcək.
UEFA ilə ECA arasında 2019-cu ildə yenilənən sözləşməyə görə, klublara 200 milyon avro yardım nəzərdə tutulur.
AÇ-2020-nin seçmə mərhələsinə və Milltələr liqasına futbolçu yollayan klublar arasında 70 milyon avro bölüşdürüləcək. 130 milyon avro isə Avropa çempionatının final mərhələsinə oyunçu yollayan klublara paylanılacaq.