UEFA-dan klublarımıza ödəniş

UEFA Azərbaycan klublarına növbəti dəfə ödəniş edib. Allsport.az xəbər verir ki, premyer liqada çıxış edən, lakin avrokubokların qrup mərhələsində iştirak etməyən klubların hesabına 2019/20-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb:

Neftçi – 74 633.71 avro
Səbail – 74 633.71 avro
Qəbələ – 74 633.71 avro
Zirə – 74 633.71 avro
Sumqayıt -74 633.71 avro
Sabah – 74 633.71 avro
Keşlə – 74 633.71 avro

Qeyd: “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda futbolun inkişaf fondundan klubun hesabına köçürüləcək.

Həmin kateqoriyadan