- Baxış sayı: 22
- 31 Mart 2026 13:31
- Baxış sayı: 659
- Mart 30, 2026
- 0

“Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan maliyyə vəsaiti ayrılıb. Allsport.az saytı xəbər verir ki, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb.
“Neftçi” çempionlar liqasından 1 milyon 210 min avro, “Qarabağ” isə konfrans liqasından 3 milyon avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 min 500 avro əldə edib.