- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 70
- Noyabr 25, 2024
- 0
Bu gün AİJF “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla bağlı UEFA, AİPS və AİPS Avropa prezidentlərinə Azərbaycan idman jurnalistləri adından məktub göndərib. Allsport.az saytı mətnlə sizi tanış edir:
“”Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırması xəbərini təəssüflə qarşıladıq. Uzun illərdir erməni terrorundan əziyyət çəkən Azərbaycan saysız-hesabsız qurbanlar verib. Buna baxmayaraq, xalqın iradəsi sarsılmayıb, birgə yaşamaq ənənəsinə sadiq qalaraq sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına nail olub.
Araşdırmalar nəticəsində “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun öz Feysbuk səhifəsində etdiyi paylaşımı Ermənistan tərəfindən Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində mülki şəxslərin, o cümlədən neçə-neçə günahsız körpələrin, eləcə də, yeniyetmə futbolçu Şəhriyar Qurbanovun amansızcasına qətlə yetirilməsi, bu görüntüləri sosial şəbəkədə izləyərkən stresə düşməsi və həmin anın emisonallığına qapılaraq etməsi aydın olub. Qəddarlığa və ədalətsizliyə qarşı öz hisslərini cilovlaya bilməyən Nurlan İbrahimovun öz sosial hesabında təcavüzkar ölkənin millətinə qarşı dövlətimizin mövqeyinə və təmsil etdiyi klubun prinsiplərinə zidd olan sözlərdən istifadə etməsini düzgün hesab etmirik.
Onun Feysbuk səhifəsində etdiyi paylaşımın doğru olmadığını tez bir zamanda etiraf edərək silməsi öz günahını və məsuliyyətini dərindən başa düşməsi ilə əlaqədardır. Düşünürük ki, Nurlan İbrahimovun futboldan ömürlük uzaqlaşdırılması ona verilən çox ağır cəzadır. Bəşəriyyətin ülvi məqsədlər ətrafında birləşməsinə təkan verən, insanları bir-birinə yaxınlaşdıran, onların hisslərinə nüfuz edən çox təsirli vasitə olan idman Nurlan İbrahimovun da həyatının ayrılmaz hissəsinə çevrilib. O, da yüzminlərcə futbolsevər kimi gələcəkdə bu idman növünün inkişafına öz töhfələrini vermək arzusundadır. Sizə müraciət edərək xahiş edirik ki, həmkarımızın cəzalandırılması ilə bağlı qərara yenidən baxılsın”.
Azərbaycan idman jurnalistləri assosiasiyası rəsmən adı çəkilən beynəlxalq media qurumunun üzvü olsa da, hələ susur. Pandemiya dönəmində qeybə çəkilən təşkilat, yəqin ki, ilin sonundakı nominasiyaların qaliblərini müəyyənləşdirməyə hazırlaşır. Yaxşı olardı, AİJA yolu ilə AİPS üzvü olan azərbaycanlı jurnaliostləri bir araya gətirib AİJF-in səsinə səs versin.