- Baxış sayı: 3
- 16 Mart 2026 22:26
- Baxış sayı: 124
- Mart 16, 2026
- 0

20 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının yeni baş məşqçisi Rui Jorjenin təqdimat mərasimi və mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, “Radisson” mehmanxanasında təşkil olunan tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, assosiasiya rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Rui Jorje U-20 millisi ilə uğur qazanmaq istədiyini söyləyib: “Sizinlə birlikdə olmaq mənim üçün qürurdur. Ümid edirəm ki, qarşıdakı dönəmdə çox yaxşı təcrübə keçə biləcəyik. Uğur qazanmaq üçün üzərində işləmək, çalışmaq lazımdır. Futbolçular üzərlərində çalışmalıdırlar ki, yüksək səviyyədə çıxış etsinlər. Bunu edə bilsək, uğur qazana bilərik. Biz Portuqaliyanın U-20 yığması ilə uğur qazananda komanda reytinqdə 19-cu pillədə idi. Çempionatın son püşkatma mərasimində Avropa zonasında 3-cü yerdə idik. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir”.