- Baxış sayı: 72
- 28 Oktyabr 2024 13:10
- Baxış sayı: 57
- Oktyabr 30, 2024
- 0
Bir neçə il əvvəl Avstraliyanın “Busted Coverage” jurnalı alman atlet Alisa Şmiti dünyanın ən cəzbedici idmançısı kimi təqdim edib. Allsport.az xəbər verir ki, o, Avropa gənclər çempionatında 4×400 estafet yarışında gümüş, eləcə də böyüklərin Avropa çempionatında – estafetdə bürünc medal qazanıb. Ancaq onu önə çıxaran nailiyyətləri deyil, gözəlliyi olub.
İndi onun 24 yaşı var və dünyanın ən məşhur idmançılarından biri olaraq qalır. “İnstaqram”da 3,5 milyon izləyicisi var. Eyni zamanda, “Forbes” onu 30 yaşdan aşağı ən yaxşı 30 cəlbedici şəxsin siyahısına daxil edib. Şmitin əməkdaşlıq etdiyi şirkətlər arasında PUMA və “Hugo Boss” da var. Yeri gəlmişkən, o, bir müddət əvvəl Dortmund “Borussiyası”nın oyunçuları üçün atletika dərsləri də keçib.