- Baxış sayı: 178
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 178
- Dekabr 05, 2025
- 0

12 yaşadək futbolçular arasında “Ulduz Cup” beynəlxalq turnirinin finalçıları məlum olub.
Allsport.az xəbər verir ki, həlledici oyunda “Ulduz” FA və “Dinamo Minsk” komandaları qarşılaşacaqlar.
Quba olimpiya idman kompleksində keçirilən turnirin yarımfinalda “Ulduz” FA komandası “Saburtalo”nu (Gürcüstan) mübarizədən kənarlaşdırıb. Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan oyunun qalibi penalti zərbələri ilə bəlli olub – 4:3. “Dinamo Minsk” (Belarus) isə “Bunyodkor”dan (Özbəkistanın) güclü olub (7:2).
Üçüncü yer uğrunda oyunda “Saburtalo” və “Bunyodkor” komandaları üz-üzə gələcək.