- Baxış sayı: 178
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 178
- Dekabr 05, 2025
- 0

12 yaşadək futbolçular arasında təşkil olunan “Ulduz Cup” beynəlxal turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, yarışın həlledici oyununda “Ulduz” FA və “Dinamo Minsk” komandaları qarşılaşıblar.
Belarus futbolçuları Quba olimpiya idman kompleksində keçirilən turnirin qalibi olublar. “Dinamoçular” finalda 6:0 hesabı ilə qələbə qazanıblar.
Üçüncü yer uğrunda oyunda “Bunyodkor” (Özbəkistan) “Saburtalo”dan (Gürcüstan) güclü olub.