- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
İngiltərə premyer liqqası koronavirus pandemiyasına görə dayandırıldığı üçün “Tottenhem”in futbolçusu Son Hın-Min ölkəsinə dönüb. Allsport.az xəbər verir ki, Cənubi Koreya millisinin üzvü karantin müddətində hərbi xidmətdə olacaq.
Yerli mətbuat 27 yaşlı hücumçunun ötən həftədən əsgərlik günlərinə başladığını yazıb. O, əlbəyaxa döyüş (sparrinq) və silah təlimində iştirak edib. Bundan əlavə, futbolçu ağırlığı 24 kq olan sursatla 7 km yürüş edib.
Ulduz futbolçu gözyaşardıcı qazların atıldığı binada əlehqazla gəzib, pusqu qurmağı, tikanlı məftillərdə sürünməyi öyrənəcək.
Futbolçuya növbəti hərbi dərslərdə kimyəvi və nüvə silahları ilə bağlı təlimlər keçiləcək. Sonun hərbi xidməti mayın əvvəli yekunlaşacaq.
Futbolçu 2018-ci ildə Asiya oyunlarında millisi ilə qızıl medal qazandığı üçün 21 aylıq hərbi xidməti 1 ayla əvəzlənib.