- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Münhen “Bayern”inin hücumçusu Robert Levandovski koronavirusla mübarizə üçün yardım aksiyasına qoşulub. Allsport.az xəbər verir ki, o, karateçi həyat yoldaşı Anna Levandovska ilə birlikdə pandemiya ilə mübarizəyə 1 milyon avro ayırıb.
Polşalı hücumçu yardımla bağlı bu sözü deyib: “Baş verənlərin ciddi olduğunu anlayırıq. Çətin vəziyyətdir. Artıq hər birimiz eyni komandada mübarizə aparırıq. Bu müharibədə güclü olmalıyıq. Mübarizəyə güc qatacaq hər kəsdən dəstək gözləyirik”.