Ulduz futbolçular qəzaya düşüblər

“Tottenhem”in futbolçuları Randal Kolo Muani və Vilson Odober çempionlar liqası matçı üçün hava limanına gedərkən avtomobil qəzasına düşüblər.

Allsport.az xəbər verir ki, hadisə Kolo Muaninin idarə etdiyi “Ferrari” markalı avtomobilin təkərinin partlaması nəticəsində baş verib. Komandanın baş məşqçisi Tomas Frank hər iki oyunçunun vəziyyətinin yaxşı olduğunu və onların Almaniyaya yola düşdüklərini bildirib. Odoberin ayrı maşınla hərəkət etdiyi, lakin hadisə yerində komanda yoldaşına kömək üçün dayandığı qeyd olunur.

London təmsilçisi bu gün Bakı vaxtı ilə saat 00:00-da “Frankfurt Arena”da “Ayntraxt”ın qonağı olacaq. Kolo Muani və Odoberin bu görüşdə iştirak edəcəyi gözlənilir.

Həmin kateqoriyadan