- Baxış sayı: 32
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqanın XXI turunda “Qəbələ” – “Keşlə” oyunundan (1:1) sonra, ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Oyunun belə ağır keçəcəyini öncədən bilirdik. Həm çox erkən oynayırdıq. Hər iki komanda üçün ağır idi. Biz meydandan kənarda dayansaq da, istini hiss edirdik. Ümid edirəm ki, qarşıdakı matçlarda bu nəzərə alınar. Oyun vaxtı da futbolçulara uyğun təyin edilər.
2 fərqli hissə izlədik. İlk yarıda “Keşlə” daha çox üstünlüyə sahib idi. İkinci hissədə komandamız tempi artıra bildi və çoxsaylı epizodlar yaratdıq. Təəssüflər olsun ki, yararlana bilmədik. Ümumi götürəndə komandanın durumundan razıyam. İnanıram ki, zədəli və cəzalı futbolçular komandaya qoşulandan sonra daha da optimal heyətə sahib çıxacağıq”.