- Baxış sayı: 22
- 26 Mart 2026 10:33
- Baxış sayı: 218
- Mart 25, 2026
- 0

“Mançester Siti”dən icarəyə götürülən “Milan”ın müdafiəçisi Kayl Uoker karyerasını İtaliyada davam etdirməyə hazır olduğunu bildirib.
Allsport.az xəbər verir ki, “rossoneri” cari mövsümün sonunda ingilis futbolçu “şəhərlilər”dən 5 milyon avroya satın almağı planlaşdırır.
Bundan sonra Uokerin maaşını ildə 4,5 milyon avroya qədər artırmaqla 2027-ci ilə qədər yeni müqavilə imzalaması gözlənilir.
Uokerin özü “Milan”da qalmasından razıdır və “Mançester Siti”yə qayıtmaq barədə düşünmür.