- Baxış sayı: 17
- 31 Mart 2026 15:25
- Baxış sayı: 687
- Mart 30, 2026
- 0

“Seltik” klubu keçmişdə baş vermiş cinsi zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş tərəflə məhkəmədənkənar razılığa gəlib.
Allsport.az xəbər verir ki, adı açıqlanmayan şəxs 1989-cu ildə klubun uşaq komandasında çalışmış Frenk Kerni tərəfindən zorakılığa məruz qaldığını iddia edərək məhkəməyə müraciət edib. Əvvəlcə məsuliyyətdən boyun qaçıran Qlazqo təmsilçisi, iddiadan cəmi bir ay sonra beşrəqəmli məbləğdə (on minlərlə funt-sterlinq) təzminat ödəməyə razı olub.
Hazırda 90 yaşı olan Frenk Kerni 1980-ci illərdə yeniyetmə futbolçulara qarşı törətdiyi 9 zorakılıq epizodu üzrə təqsirli bilinərək 2019-cu ildə 4 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs hadisə zamanı klub rəsmilərinin onun şikayətlərinə məhəl qoymadığını bildirib.
“Seltik” ötən il 24 qurbana ümumilikdə 1 milyon funt-sterlinqdən çox təzminat ödəməli olub.