“Uşaq voleybolu”ndan nümunəvi məşq

AVF-in həyata keçirdiyi “Uşaq voleybolu” layihəsinin bölgələrdə inkişaf etdirilməsi istiqamətində iş davam etdirilir. Allsport.az saytı xəbər verir ki, “Gəncə”nin sağlam ailə tibb mərkəzinin Gəncə “UltraLab” filialı ilə əməkdaşlığı çərçivəsində növbəti görüş olub.

Söhbət zamanı voleybol federasiyasının idmanın bu növünün ölkəmizdə təbliği, kütləviləşməsi və uşaq voleybolunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışılıb. Sonra uşaqlara Gəncə “UltraLab” tərəfindən il ərzində 1 dəfə ödənişsiz tam müayinə üçün tibbi kartlar, həmçinin il ərzində 30 faizədək endirim paketləri təqdim olunub.

“Gəncə”nin “Uşaq voleybolu” komandasının üzvlərinə 50 ədəd forma təqdim olunub. Sonda nümunəvi məşq keçirilib və voleybolçular müxtəlif təmrinləri yerinə yetiriblər.

Həmin kateqoriyadan