Usik Müllerin komandasını uddu

“Bavariya”nın əfsanəsi Tomas Müllerin çıxış etdiyi “Vankuver Vaytkeps” klubu İspaniyanın Marbelya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində qeyri-adi yoldaşlıq görüşündə iştirak edib.

Allsport.az xəbər verir ki, Kanada təmsilçisi Ukraynanın “Polesye” klubu ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. Görüşün ən diqqətçəkən məqamı ağır çəkidə dünya boks çempionu Aleksandr Usikin Ukrayna klubunun heyətində meydana çıxması olub.

Matça kapitan qismində başlayan Tomas Müller fasilədə əvəzlənib. “Polesye” 4-cü dəqiqədə Nazarenko, 64-cü dəqiqədə isə Qutsulyakın penalti qolu ilə qələbəni təmin edib. 2023-cü ildən “Polesye” ilə müqaviləsi olan Aleksandr Usık isə 75-ci dəqiqədə əvəzləmədən oyuna daxil olub.

Final fitindən sonra iki ulduz bir araya gələrək xatirə şəkli çəkdirib. Tomas Müller zarafatla “mən heç vaxt döyüşdə uduzmamışam” deyərək boksçuya müraciət edib.

“Vankuver Vaytkeps” fevralın 11-dək Marbelyada hazırlıqlarını davam etdirəcək. Fevralın 21-də isə komanda MLS-də yeni mövsümə start verəcək.

Həmin kateqoriyadan