- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Ukraynalı ağırlıqqaldıran Dmitri Çumak 6-illik diskvalifikasiya alıb. Allsport.az saytı xəbər verir ki, bu barədə Beynəlxalq test agentliyi (İTA) məlumat yayıb.
İdmançının profilində, o, nümunə təqdim etməkdən yayındığına (imtina etdiyinə) və dopinq nəzarətinə müdaxilə etdiyinə görə, uzun müddət yarışlardan kənarlaşdırıldığı göstərilir.
Əvvəllər Çumak dopinq zabitinə rüşvət verməyə cəhddə ittiham olunurdu. Ukraynalının cəzası 2021-ci ilin iyunundan hesablanacaq.
34 yaşlı ağırlıqqaldıran dünya çempionatı bürünc (2015) və gümüş mükafatçısı (2018) olub, həmçinin 3-dəfə Avropa çempionluğunu bayram edib.