- Baxış sayı: 15
- 18 Mart 2026 13:56
- Baxış sayı: 294
- Mart 16, 2026
- 0

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor çempionlar liqasının 1/8 final mərhələsinin cavab oyununda PSJ-yə məğlubiyyəti (0:3) şərh edib.
Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşmanı komandası üçün ağır dərs adlandırıb: “Çətin gecə oldu. Bizi mürəkkəb tapşırığın gözlədiyini bilirdik, lakin oyuna çox yaxşı başladıq. Rəqibin cərimə meydançasında topla oynayırdıq, lakin Barkolyanın 23 metrdən vurduğu qol PSJ-yə əlavə inam verdi”.
Rosenyor yüksək səviyyəli oyunlarda səhvlərin yolverilməz olduğunu vurğulayıb: “Biz vəziyyəti dəyişə biləcəyimizə inanırdıq. Bu, komanda olaraq mənimsəməli olduğumuz ağrılı bir dərsdir. Belə səviyyəli matçlarda boşalmaq olmaz, çünki rəqib oyunçuların keyfiyyəti buna görə bizi cəzalandırır. İnkişaf etməliyik və edəcəyik. Növbəti mövsümdə yenidən çempionlar liqasına qayıtmalıyıq”.
İlk görüşdə də 5:2 hesablı qələbə qazanan PSJ iki oyunun nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. Paris klubu növbəti mərhələdə “Qalatasaray” – “Liverpul” cütünün (ilk oyun – 1:0) qalibi ilə üz-üzə gələcək.