- Baxış sayı: 31
- 01 Aprel 2025 23:44
- Baxış sayı: 59
- Mart 24, 2025
- 0
Azərbaycan premyer kiqasının XXVIII turunun “Turan Tovuz” – “Qarabağ” oyunundan (1:4) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, o, matç barədə fikrini açıqlayıb:
“Bizim üçün ən ağır, gərgin oyunlardan biri idi. Matça tam yaxşı hazırlaşa bilməmişdik. Çünki son iki günə kimi 8-9 futbolçu ilə məşq keçmişdik. 12 oyunçumuz milli komandalarda idi. Kevin Medina da zədə və səhhətində yaranmış problemə görə cəmi iki məşqə çıxmışdı. Tam kollektiv şəkildə normal məşqimiz olmamışdı. Buna baxmayaraq, bizim üçün heç də uyğun olmayan rəqib önündə vacib qalibiyyət əldə etdik. Futbolçularımı təbrik edirəm. Burada həm Tovuz, həm də öz azarkeşlərimiz qarşısında oynamaq çox xoş idi. Mövsümün son mərhələsinə çox yaxşı başlanğıc oldu”.