“Vacib qalibiyyət idi”

Premyer liqanın V turunun “Zirə” – “Qarabağ” oyunundan (1:3) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, o bu qələbəni çox vacib sayıb:

“Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Çox maraqlı oyun oldu. Hər iki komandanın futbolçuları dinamik oyun göstərdilər. Hər iki komandaya alqış düşür. Azarkeşlərimiz sağ olsunlar, yenə bizimlə idilər.

Qarşıda milli komandanın oyunları ilə əlaqədar fasilə yaranacaq. Bəzi futbolçularımız bir neçə gün istirahət edəcək, digərləri isə milli komandalara yollanacaqlar. Onlara və millimizə uğurlar arzulayıram”.

Həmin kateqoriyadan