- Baxış sayı: 28
- 23 Aprel 2025 20:19
- Baxış sayı: 63
- Aprel 23, 2025
- 0
«Ukrayna ilə görüşə yaxşı köklənmişdik. Ona görə rəqibə oynamağa imkan vermədik. Bu gün ötürmələrimiz də yaxşı alındı». Allsport.az saytı xəbər verir ki, bunu qadın millimizin liberosu Valeriya Məmmədova dedi. Onun fikrincə, komandası 3-cü zonada qəbulda əla təsir bağışladı və tapşırığın öhdəsindən layiqincə gəldi:
«İndi topu qəbul etmədə 4 eyni səviyyəli oyunçumuz var. Düşünürəm ki, güclü komandaya malikik və bu qrupuda əsas rəqibimiz olan Niderland yığmasına ciddi müqavimət göstərib, yekunda dünya çempionatına birbaşa vəsiqə qazanacağıq».
Xatırladaq ki, DÇ-2018-in seçmə ələməsində «E» qrupunun 2-ci oyununda millimiz Ukraynaya 3:0 hesabı ilə qalib gəlib.