- Baxış sayı: 22
- 01 Aprel 2026 18:28
- Baxış sayı: 815
- Mart 30, 2026
- 0

20 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib.
Allsport.az xəbər verir ki, qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.
Futbolçu karyerası ərzində ölkəmizdə “Qarabağ”, “Bakı”, “Keşlə” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt”, AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB” və “Boluspor”un heyətində legionçu həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan yığmasının heyətində 58 oyun keçirib, 9 qol vurub.
2020-ci ildə məşqçiliyə başlayan Vaqif Cavadov “Sumqayıt”da və qısa müddət Qazaxıstanın “Turan” klubunda fəaliyyət göstərib. Məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra “Sumqayıt-2”də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasının baş məşqçisi olub.