Vaqif Cavadov: Nə qumar oynayıram, nə də evimi satmışam

Vaqif Cavadov KİV-də barəsində yazılanlara münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, futbolçu borc üzündən evini satmasıyla bağlı şaiyələrin yalan olduğunu deyib. “Keşlə”nin vidalaşdığı futbolçu xeyli borcu olması ilə bağlı deyilənləri də qismən təkzib edib: “Bu söhbətləri kimin yaydığını bilmirəm. Hamının problem ola bilər, amma mənim adımı çox hallandırırlar”. 

29 yaşlı hücumçu futbolinfo.az-a “Yeni Həyat”da yarım milyon manat qiyməti olan evini satışa çıxarmadığını söyləyib: “Əvvəla, o evin qiyməti daha bahadı. Və size qonaq çağırıram, gəlib özünüz də görə bilərsiz ki, indi həmin evdəyəm, ailəm də burada yaşayır”.

Vaqif qumar oynaması barədə deyilənləri də iftira sayır: “Mənim qumar oynadığımı kimsə görüb? Bunu heç kim görə bilməz. Çünki qumar oynamıram. Mənim ailəm var, iki övladım var. Bütün həyatımı onlara həsr etmişəm. Bu xəbərlər hardan çıxır, bilmirəm. Subay olsam, yenə başa düşmək olmaz. Amma mənim iki övladım var. Ev satmamışam. İstəyirsiniz, gəlin gedək evləri, kupçalarını göstərim “.

Həmin kateqoriyadan