Varşavada xüsusi konqres

Polşanın paytaxtı Varşavada Avropa ağırlıqqaldırma federasiyasının xüsusi konqresi keçirilib. Allsport.az xəbər verir ki, konqresdə Azərbaycan ağırlıqqaldırma federasiyasını vitse-prezident Firdovsi Umudov təmsil edib.

Tədbiri giriş sözü ilə açan AAF-ın prezidenti Antonio Konflitti qonaqları salamlayıb və konqresin proqramı ilə bağlı iştirakçılara məlumat verib. Sonra sabah start götürəcək Avropa birinciliyinin texniki və hakim heyəti səsvermə yolu ilə təsdiqlənib.

Bu il 55 yaşını qeyd edən Avropa ağırlıqqaldırma federasiyasının keçdiyi tarixi yol xatırlanıb. AAF-ın tərəfindən federasiya rəsmilərinə xüsusi hədiyyələr təqdim edilib. Konqresin gündəliyinə əsasən AAF-ın yeni loqosu səsvermə yolu ilə təsdiqlənib.

İclasın sonunda Azərbaycan ağırlıqqaldırma federasiyasının xüsusi hədiyyəsi, 55 illiyini qeyd edən Avropa ağırlıqqaldırma federasiyasının prezidenti Antonio Konflittiyə təqdim edilib.

Həmin kateqoriyadan