- Baxış sayı: 25
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Futbol assosiasiyalarının beynəlxalq şurası (İFAB) sabiq baş məşqçi Arsen Vengerin ofsayd qaydası ilə bağlı təklifinin tətbiqini hələlik təxirə salıb.
Allsport.az xəbər verir ki, qurum bu yeniliyin Kanadanın premyer liqasında əlavə sınaqlardan keçirilməsinə qərar verib.
“Venger ofsaydı” ilə bağlı yekun qərar fevralın 28-də Kardiffdə keçiriləcək İFAB-ın ümumi yığıncağında qəbul olunacaq. Həmin görüşdən sonra ideyadan tamamilə imtina edilə bilər və ya Kanadada sınaqlara başlanılması təsdiqlənər.
Sözügedən qayda dəyişikliyi futbolçunun yalnız bütün bədəni ilə sonuncu müdafiəçini qabaqladığı halda oyundankənar vəziyyətdə sayılmasını nəzərdə tutur.