- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 12-ci turunda evdə “Neftçi”yə 0:2 yenilən “Sabah”ın baş məşqçisi Visente Qomes oyun sonrası fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında imkanların qaçırıldığından gileylənib:
“Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Təəssüf ki, ilk hissənin son dəqiqəsində penaltidən qol buraxdıq. İkinci hissəyə “Neftçi” tərəfi daha yaxşı başladı.
Rəqib qol vurduqdan sonra bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Məncə, bu fürsətlərdən yararlana bilsəydik, nəticə başqa cür ola bilərdi”.