Visente Qomes: “Rəqib belə rahat şəkildə qapıya zərbə vurmamalıdır”

“Sabah”ın baş məşqçisi Visente Qomes premyer liqanın 15-ci turunda “Zirə” ilə səfərdə keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2:2 hesabı ilə başa çatan oyunu şərh edib:

“Bu gün hər iki komandanın çox az qol fürsətləri var idi. Xeyrimizə olan hesabı sona qədər saxlaya bilmədik və heç-heçəylə razılaşdıq. Rəqibin ikinci qolu zamanı topu vuran futbolçunun cərimə meydanı daxilində niyə tək qaldığını aydınlaşdırmalıyıq. Rəqib belə rahat şəkildə qapıya zərbə vurmamalıdır. Çempionatın sonunda nə olacağını indidən demək çətindir. İndi yalnız qarşıdakı oyunlara köklənmişik. Hazırda da yalnız “Səbail”lə matçı düşünürük”.

Həmin kateqoriyadan