- Baxış sayı: 5
- 28 Noyabr 2024 15:25
- Baxış sayı: 55
- Noyabr 28, 2024
- 0
Bu gün “Neftçi”nin ən tanınmış yetirmələrindən olan Vitali Şevçenko paytaxt klubunun qonağı olub. Allsport.az saytı xəbər verir ki, 67 yaşlı veteranla görüşdə “ağ-qaralar”ın prezidenti Kamran Quliyev və ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov iştirak edib.
Keçmiş xatirələr yada salınıb, komandanın indiki durumu və gələcək planları müzakirə olunub. Xatirə olaraq Vitali Şevçenkoya “Neftçi”nin forması hədiyyə edilib.
Xatırladaq ki, 1951-ci ildə Bakıda dünyaya göz açmış Şevçenko 1968-1971-ci illər ərzində “Neftçi”nin heyətində 90 oyun keçirib, 22 qol vurub. 1971-ci il mövsümündə SSRİ çempionatının “33 ən yaxşı oyunçu”su sırasına düşüb. “Dinamo” (Kiyev), “Çernomoreç” (Odessa), “Lokomotiv” (Moskva) klublarında da oynamış hücumçu “Neftçi”də çıxış edərkən SSRİ yığmasına cəlb edilib və 1970-1972-ci illərdə bu komandanın heyətində 13 oyunda 4 qol vurub.
1975-ci ildə Kiyev “Dinamo”sunun heyətində SSRİ çempionatının, UEFA kuboklar kubokunun və superkubokunun qalibi olub. O, baş məşqçi kimi Rusiya və Ukrayna komandalarından başqa, Boliviyanın “Bolivar”, İsrailin “Hapoel” (Beer-Şeva) və “İroni” klublarını çalışdırıb.