- Baxış sayı: 24
- 01 Aprel 2026 10:58
- Baxış sayı: 799
- Mart 30, 2026
- 0

Belarus futbol federasiyasının sədri Vladimir Bazanov ölkə çempionatının COVID-19 pandemiyasına görə dayandırmaq fikrində olmadıqlarını açıqlayıb. Allsport.az saytı pressbol.by-a istinadən xəbər verir ki, qurum rəsmisi stadionlarda koronavirusa qarşı tədbirlər görüldüyünü deyib:
“Vəziyyət kritik deyil, çempionatı davam etdiririk. İkinci turda 500 litr antiseptik aldılar və stadionlara apardılar. Əsas olan insanların bunu anlamasıdır.
Əllərini yumalı, tez-tez antiseptik istifadə etməli və asqırmamalıdırlar. UEFA və FFFA bizə təzyiq etmir. Kritik vəziyyət yaranarsa, çempionatı dayandıracağıq”.