- Baxış sayı: 23
- 15 Aprel 2025 11:10
- Baxış sayı: 52
- Aprel 14, 2025
- 0
“Barselona” müqaviləsi 2026-cı ilin yayında başa çatacaq 36 yaşlı hücumçu Robert Levandovskinin mümkün əvəzedicisini axtarmaqda davam edir.
Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisinə “Yuventus”un 25 yaşlı hücumçusu Duşan Vlahoviç və “Napoli”nin 26 yaşlı hücumçusu Viktor Osimhenin namizədliyi təklif olunub.
Turin klubu serb futbolçunu münasib qiymətə satmağa hazırdır. Eyni zamanda, “qoca sinyora” adı açıqlanmayan “Barselona” futbolçusunu almaq üçün Vlahoviçi də sövdələşməyə daxil etmək istəyir.
“Napoli” gələn yay Osimheni satmağa hazırdır, lakin oyunçunu 75 milyon avroya qiymətləndirir ki, bu da hazırda “Barsa” üçün bahalı seçimdir.