Voleybol statistləri üçün məşğələ

20-23 iyunda AVF paytaxtda voleybol statistləri üçün seminar keçirəcək. Allsport.az saytı xəbər verir ki, 4 gün davam edəcək seminar GİN-nin voleybol mərkəzində təşkil olunacaq. Təlimlər Ruslan MotorinEmin Əbilov tərəfindən keçiriləcək.

İştirakçıların voleybol haqqında ətraflı məlumata və kompüter biliklərinə sahib olması, həmçinin ingilis dilini bilməsi vacibdir.

Seminarın son günü iştirakçılar imtahan verəcək, imtahandan keçən şəxlərə isə AVF-nin voleybol statistləri üçün Level-1 sertifikatı təqdim olunacaq.

Həmin kateqoriyadan