Voleybolçuların seçimi olacaq

Azərbaycan voleybol federasiyası (AVF) yeniyetmə və gənc voleybolçu oğlanların seçiminə start verir.
Allsport.az xəbər verir ki, seçimlər Bakıda və bölgələrdə fəaliyyət göstərən regional voleybol klublarında məşq edən 2012–2013-cü il təvəllüdlü oğlanlar arasında keçiriləcək.
Yeniyetmə və gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Səid Abbasi tərəfindən aparılacaq seçimlərdə fərqlənən voleybolçular yeniyetmə və gənc milli komandalara cəlb olunacaqlar.
Seçimlər fevral və mart aylarında aşağıdakı proqrama uyğun olaraq keçiriləcək:

14 fevral – Sumqayıt RVK (Sumqayıt şəhəri)
15 fevral – Şərqi Zəngəzur RVK (Şərqi Zəngəzur)
21 fevral – Bakı RVK (Bakı şəhəri)
22 fevral – Oğuz RVK (Şəki şəhəri)
28 fevral – Tovuz Voleybol Akademiyası (Tovuz rayonu)
1 mart – Gəncə RVK (Gəncə şəhəri)
7 mart – AVF Naxçıvan filialı (Naxçıvan şəhəri)

Həmin kateqoriyadan