- Baxış sayı: 44
- 20 Mart 2026 17:53
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0

Bu gün Ukraynanın “Vorskla” klubu Avropa liqasının qrupunda səfərdə “Qarabağ”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, Poltava klubu ötən gecə matçın keçiriləcəyi Bakı olimpiya stadionunda son məşqə çıxıb.
Çalışmanı izləyənlər arasında millimizin keçmiş futbolçuları – Cahangir Həsənzadə, Fərrux İsmayılov və Tərlan Əhmədov da olublar. Onlar rəqib tərəfdən Vasili Saçko ilə söhbətləşiblər.
Qeyd edək ki, bu mütəxəssislər 2003/04 mövsümündə Ukraynanın “Volın” klubunda birgə oynayıblar.