“Xəzər Lənkəran”ın stadionundan oğurluq edildi

“Xəzər Lənkəran”ın stadionundan külli miqdarda oğurluq edilib. Allsport.az xəbər verir ki, rayon ərazisindəki stadiondan dəyəri 33500 manat olan kabelləri oğurlanıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən rayonun Sütəmurdov kənd sakini, əvvəllər məhkum olunmuş A.Şərifli saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə heroin aşkarlanıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda əlavə olaraq 2 evdən, 3 həyətdən, 1 təmir sexindən və qəbiristanlıqdan metal borular, velosiped, su nasosları, təmir alətləri və digər əşyalar oğurlaması da müəyyən edilib.

Həmin kateqoriyadan