- Baxış sayı: 29
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev ilkə imza atıb. Allsport.az xəbər verir ki, “ağ-yaşıllar”ın heyətində oyun və kapitanlıq sayında rekordçu olan yarımmüdafiəçi bu dəfə Azərbaycan milli komandasında fərqlənib.
AÇ-2016-nın seçmə mərhələsinin dünən keçirilən Malta – Azərbaycan oyununda (2:2) meydana çıxan Əmirquliyev 2 qol vuraraq dubla imza atıb. Hər hissədə 1 dəfə rəqib qapısına yol tapan orta sahə oyunçusu ölkəmizin əsas yığmasında dubl edən ilk “Xəzər Lənkəran”lı olub. Milli komandanın 23 illik tarixində bunadək qeydə alınan 8 dublun heç biri klubun üzvlərinin hesabında olmamışdı ki, ilki Əmirquliyev gerçəkləşdirib.
Ümumilikdə isə yığmada 45 oyun keçirib 3 qol vuran Rahid bu qarşılaşmaların hamısında “Xəzər Lənkəran”ı təmsil edib. O, ilk qolunu 2013-cü il sentyabrın 7-də İsraillə DÇ-2014-ün səfərdəki seçmə oyununda vurmuşdu.