- Baxış sayı: 23
- 03 Mart 2026 15:21
- Baxış sayı: 51
- Mart 02, 2026
- 0

Bu gün Almaniyanın “Bayer” klubu Avropa liqasının “H” qrupunun 4-cü turunda Bakıda “Qarabağ”a 1:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Xavi Alonso bunu dedi:
“İlk 15 dəqiqə çox gərgin keçdi. “Qarabağ” bizə göz açmağa imkan vermirdi. Sonradan toparlandıq. Penaltidən olsa da, qol vurduq və qalıb gəldik. Qrupda 1-ciyik, amma bu bizi arxayın salmamalıdır.
Rəqibin “Molde” və “Hakken” ilə oyunlarını istəmişdim. ” Qarabağ”ın güclü komanda olduğunu bilirdik. 14 il öncə Tofiq Bəhramov adına stadionunda futbolçu kimi meydana çıxmışdım.
Bu dəfə isə məşqçi kimi bu meydanda oldum. İllər keçib, irəliyə doğru inkişaf var. O zaman “Qarabağ” klubu barədə heç eşitməmişdim”.