- Baxış sayı: 6
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 140
- Noyabr 28, 2024
- 0
AFFA hakimlər komitəsinin sabiq sədri Xaqani Məmmədov bu mövsüm premyer liqada hakimliyin səviyyəsindən narazılıq edib. Allsport.az xəbər verir ki, o, bu gün “İdman TV”də yayımlanan “Mərkəzi xətt” verilişində “Neftçi” – “Qəbələ” matçı haqda danışarkən qonaq komandanın baş məşqçisi Elmar Baxşıyevə göstərilən qırmızı vərəqənin doğru olmadığı söyləyib.
Onun fikrincə, Baxşıyevə bir sarı vərəqə göstərməklə də kifayətlənmək olardı. Mütəxəssis bildirib ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə” daha çox hakim haqsızlığı ilə üzləşib. O deyib ki, Sadıqov səbirli davranaraq ədalətiz qərarlarla üzləşdiklərini açıq şəkildə demir.
Məmmədov 16-cı turda “Keşlə”yə qarşı görüşdə “Zirə”nin qapısına təyin edilən penalti epizoduna da toxunub: “Penalti qərarı doğru idi. Amma zərbə vurulmazdan əvvəl “Keşlə”nin başqa bir futbolçusu (Nicat Qurbanov- red.) qaydanı pozaraq cərimə meydançasına daxil oldu və qapıçının qaytardığı topu da məhz həmin oyunçu “Zirə”nin qapısından keçirdi”.
Keçmiş referi bu faktı hakimin kobud səhvi adlandırıb.
Verilişin digər qonağı Tərlan Əhmədov da “Zirə”nin bu mövsüm ciddi hakim səhvləri ilə üzləşdiyini söyləyib.