- Baxış sayı: 10
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 17-ci turunda “Qəbələ” evdə “Sumqayıt”a 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin məşqçisi Xaqani Məmmədov bunu söyləyib:
“Maraqlı oyun oldu. Matça ciddi hazırlaşmışdıq. Rəqibi analiz etmişdik. Komanda əzmkar, istəkli oyun göstərdi və qələbə qazandı.
Hakimlər özləri də oyunu analiz edəcəklər. Düşünürəm ki, həmin epizodlara diqqətlə baxacaqlar. İki epizoddan ən azı birində penalti var idi. Cavabdeh orqanlar özləri baxıb, özləri qərar verər.
Rəqib komanda da yaxşı oyun göstərdi. Biz çalışırdıq ki, xal qazanaq və mövqeyimizi qoruyaq. Futbolçular istəkli və layiqli oyun nümayiş etdirdi.
Hakimlik barədə şikayət etməmişik. Amma qurumlar özləri baxacaq və bununla bağlı qərar verəcək. Ötən matçlarda da hakim səhvləri çox olub. Bu gün də penalti var idi. Cari mövsüm penalti vurmamışıq. Bunun nə ilə bağlı olduğunu bilmirəm”.