- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, kişi voleybolçular arasında “Xarı bülbül” klubu yaranıb və yeni mövsümdən superliqada çıxış edəcək. Komanda mübarizəyə ciddi şəkildə hazırlaşır. Əsas hədəf qızıl medallardır. Kluba noyabr ayının sonuna qədər Ziya Rəcəbov rəhbərlik edəcək. Sonra onun yerini əcnəbi mütəxəssis tutacaq. Özü isə, müqavilə ilə işini İndoneziyada davam etdirəcək.
Allsport.az saytının məlumatına görə, “Xarı bülbül” komandası ötən həftə təmsil etdiyi Şuşanı ziyarət edib, şəhərin gəzməli-görməli yerləri ilə tanış olub. Klubun təsisçisi, eyni zamanda oyun qurucusu İlqar İmamquliyev tərəf müqabili ilə “Xarı bülbül”ün bayrağını Cıdır düzündə nümayiş etdirib. Doğma şəhərin havasını udan, suyunu içən və çörəyini yeyən komanda üzvləri, yeni qələbə yolunda mədəniyyət paytaxtımızdan ilham alıblar.
Adı çəkilən yeganə beynəlxalq voleybol agenti, milli idman geyim brendi “İL’AZERO” sahibidir. Şirkətin məhsulları Polşada istehsal olunur və italyanca “Bir Azərbaycanlı” adlanır. Onun ən uğurlu layihələrindən biri, 2-ci Vətən müharibəsinə dəstək üçün özəl buraxılan və üzərində Qarabağ adı və adı çəkilən bölgəyə məxsus kəhər atlarının təsvirlərin yer aldığı geyimlər olub.
“Xarı bülbül”ün prezidenti tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyevadır. O, 2017-ci ildə elmı-tədqiqat mamalıq ginekologiya institutunun “Mamalıq” elm bölməsinin böyük elmi işçisi secilib. Tanınmış cərrah 2 dərs vəsaitinin və 60-dan çox elmi məqalənin müəllifidir. Bədən tərbiyəsinə bağlıdır. İdmançılara göstərdiyi dəstəyə görə müxtəlif federasiyalar tərəfindən Fəxri fərmanla təltif olunub. O, ölkə voleybol tarixinə ilk qadın rəhbər kimi düşəcək.