Xorvatiya və Avstriya ilə oyunlar üçün heyət açıqlanıb

U-21 millimizin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Milan Obradoviç 24 oyunçuya dəvət göndərib. 

Yığma 22-29 avqustda Bakıda təlim məşq toplanışı keçəcək. “Neftçi”dən dəvət olunan Mərd Çəlik, Asim Əlizadə, Vüsal Əsgərov və “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı konfrans liqasının pley-ofun cavab oyunlarından sonra düşərgəyə qoşulacaq.

Azərbaycan millisi sentyabrın 2-də Xorvatiyanın, sentyabrın 7-də isə Avstriyanın qonağı olacaq.

1. Nicat Mehbalıyev – Qəbələ
2. Rüstəm Samiqullin – Sabah
3. Əkpər Vəliyev – Keşlə
4. Rauf Hüseynli – Zirə
5. Arsen Ağcabəyov – Sabah
6. Rüfət Əhmədov – Qəbələ
7. Bəşir Ayralov – Zaqatala
8. Cəlal Hüseynov – Zirə
9. Mərd Çəlik – Neftçi
10. Elçin Mustafayev – Keşlə
11. Səbuhi Abdullazadə – Sumqayıt
12. Asim Əlizadə – Neftçi
13. Şakir Seyidov – Sabah
14. Ədilxan Qarəhmədov – Səbail
15. Veysəl Rzayev – Sabah
16. Fərid Yusifli – Neftçi
17. Turan Vəlizadə – Keşlə
18. Rüfət Abdullazadə – Sumqayıt
19. Vüsal Əsgərov – Neftçi
20. İsmayıl Zülfüqarlı – Neftçi
21. Camal Cəfərov – Sabah
22. Kamran Quliyev – Sabah
23. Musa Qurbanlı – Qarabağ
24. İbrahim Hüseynov – Qarabağ

Həmin kateqoriyadan