Azərbaycan Xorvatiya millisinin də evini yıxdı – Kovaç vəzifəsindən qovuldu

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla bir qrupda yer alan Xorvatiya yığması baş məşqçisiz qalıb. Allsport.az xəbər verir ki, bir neçə gün öncə Bakıda millimizlə oyunda xal itirən (0:0), ardından Norveçə məğlub olan (0:2) xorvatların çalışdırıcısı Niko Kovaç istefaya göndərilib.

Bunu Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker açıqlayıb. Amma yeni baş məşqçinin kim olacağı hələ bilinmir. Ehtimal olunur ki, yeni çalışdırıcının kim olacağı sentyabrın 21-də açıqlanacaq.

Sonda onu da xatırladaq ki, Kovaçı Azərbaycan yığmasında çalışan həmyerlisi Robert Prosineçkinin çalışdıracağı da iddia olunur. Baxmayaraq ki, millimizin çalışdırıcısı belə bir fikrinin olmadığını bəyan edib.

Həmin kateqoriyadan