- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Xorvatiya Futbol Federasiyası azarkeşlərə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyununa getməyi qadağan edib. Allsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, XFF seçmə mərhələ çərçivəsində sentyabrın 3-də Azərbaycan, 6-da Norveç, eləcə də oktyabrın 13-də baş tutacaq Malta ilə səfər oyunlarına heç bir azarkeş aparmayacaq, onlar üçün rəqib stadionlarında qonaq sektoru təşkil olunmayacaq.
Qeyd edək ki, xorvatlar bununla azarkeşlərinin irqçi şüarlar səsləndirməsindən çəkinirlər. Çünki onların bir müddət öncə İtaliya ev oyununda belə davranışları UEFA-nın sərt cəzaları ilə nəticələnib. Qitə futbol qurumu xorvatların hesabından bir xal silib, eləcə də 100 min avro pul cəriməsi kəsib. Üstəlik, Xorvatiya yığması qarşıdakı iki seçmə mərhələ matçını boş tribunalar önündə keçirəcək. UEFA həmçinin belə bir hal təkrarlanacağı halda xorvatları AÇ-2016-nın seçmə mərhələsindən kənarlaşdırmaqla da hədələyib.