- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak açıqlama verib. Allsport.az xəbər verir ki, “Visla”nın formasını geyinən polşalı müdafiəçi “Super Express” nəşrinə keçmiş komandaları – “Qarabağ” və “Legiya”nın Avropa liqasının pley-off mərhələsində üz-üzə gəlmək ehtimalından danışıb:
“Legiya” üçün yaxşı püşk olmadı. Düşünürəm ki, nə “Legiya”, nə də “Qarabağ” püşkdən razıdır. Çünki daha zəif komandalarla düşə bilərdilər. Mən də belə bir püşkün olmasını istəməzdim. Bir az ürəyim parçalandı. Bir tərəfdən, bütün həyatım “Legiya” ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanda 2 gözəl il keçirmişəm”.
33 yaşlı futbolçu bu 2 klub üz-üzə gələcəyi halda ehtimalların bərabər olacağını söyləyib:
“Matç Bakıda keçirilsəydi, “Qarabağ”ın şansı 70 fürsəti olardı, Varşavadadırsa, bərabərdir. Matçın Varşavada keçirilməsi “Legiya” üçün birmənalı olaraq üstünlükdür. Çünki “Qarabağ” avrokuboklarda nadir hallarda evdə uduzur. Çox vaxt isə qalib gəlir. İndi isə kimin favorit olduğunu demək çətindir. Hər şey həmin gün hansı komandanın formada olacağından asılıdr. Mənim üçün oyun gününə qədər şanslar bərabərdir. Təəssüf ki, bu duel qrup mərhələsində keçirilməyəcək. O zaman matçı daha rahat izləyərdim”.
Jezniçak 2017-2019-cu illərdə çıxış etdiyi “Qarabağ”la hazırkı komandanı müqayisə edib:
“Mən oynadığım vaxt çempionlar liqasının qrup mərhələsində oynamışdıq. Növbəti mövsümdə isə turnirin pley-off mərhələsində uduzmuşduq. İndi isə III mərhələdə mübarizəni dayandırdılar. “Qarabağ”ın əsas kapitanı (Rəşad Sadıqovu nəzərdə tutur – red) karyerasını başa vurub. Birlikdə oynadığım əcnəbilərin çoxu isə komandanı tərk ediblər. Bu mənada əvvəlki komanda daha güclü idi”.
Polşalı müdafiəçi “Legiya”nın “Qarabağ”da Donald Gerye, Abdulla Zubir və Mahir Əmrəliyə xüsusi diqqət yetirməli olduğunu söyləyib:
“Birinci sırada heç şübhəsiz, Polşa çempionatından da tanıdığımız Donald Geryeyə diqqət edilməlidir. 1 il öncə “Legiya”dan təklif almışdı, amma qəbul etmədi. Bilirik ki, qol vurmağı bacarır. Bunu “Şerif”lə oyunda da gördük. Fransalı yarımmüdafiəçi Abdullah Zubir çox təhlükəlidir. “Arsenal”la Avropa liqasının oyununda Ştefan Lixtştayneri o qədər aldatmışdı ki, başı fırlanırdı. Gənc hücumçu Mahir Əmrəlini də qeyd etməliyəm. Cəmi 23 yaşı var, artıq 2 dəfə çempionatın bombardiri olub”.
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev barədə də danışan futbolçu qolkiperin boyunun qısa olduğunu deyib: “Qapı xəttində inamlı təsir bağışlayır. “Molde” ilə matçda penaltini qaytardı. Amma boyu elə də uca deyil. “Legiya” bu amilə xüsusi diqqət yetirməli və maksimum yararlanmalıdır”.
Jezniçak 2004-2017-ci illərdə “Legiya”da, 2017-2019-cu illərdə “Qarabağ”da oynayıb.
“Qarabağ” Avropa liqasının pley-off mərhələsində “Legiya” – “Drita” cütünün qalibi ilə qarşılaşacaq.