Yaqut Qarayeva idman zallarının açılmamasına aydınlıq gətirdi

Bu gün nazirlər kabineti yanında operativ qərargahının mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda idman fəaliyyətinin bərpası yenə əsas müzakirə mövzusu olub. TƏBİB-də xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bununla bağlı deyib:  

“İdman tədbirlərinin keçirilməsi kütləvi haldır. İdman zallarının da açılmasına tələsməməliyik. Məşqlər qapalı yerlərdə keçirilir. Orada çoxlu insan aktiv idmanla məşğul olur. Bunu kafe və restoranlarla müqayisə etmək düzgün deyil. Aktiv idmanla məşğuliyyət zamanı insanlar tərləyir. Tənəffüs çox aktiv olur. Bu isə yoluxma riskini artırır.

Maskada idman etmək fiziki olaraq çox çətin olar. Hər bir açılan müəssisə üçün xüsusi sanitar qaydalar hazırlayırıq. Düşünürük ki, orada yoluxmalar artmasın. İdman zallarında vasitələrdən istifadə olunur, hansı ki, təmasla virusun yoluxmasına səbəb ola bilər. Qaydalar tam hazırlanandan sonra düşünmək olar”. 

Həmin kateqoriyadan